SUAL-CAVAB

Xidmət və Nəqliyyat vasitələri

“Transfer” nə deməkdir?
Bu, A nöqtəsindən B nöqtəsinə tək istiqamətli nəqliyyat xidmətidir.

Transfer xidmətini ən azı neçə saat qabaqcadan sifariş verə bilərəm?
Ən azı 6 saat öncədən.

Transfer məsafəsi üzrə hər hansı məhdudiyyət mövcuddurmu?
Bu xidmət üçün limit 40 km təyin edilib. Əlavə məsafənin dəyəri veb-saytda avtomatik olaraq hesablanır.

“Saatlıq” dedikdə nə başa düşülür?
Müəyyən olunmuş məkan daxilində saat hesabı nəqliyyat xidməti deməkdir. Saatlıq sifarişlər ən azı 2 saat müddətinə qəbul edilir.

Saatlıq sifarişin vaxtı uzadıla bilərmi?
Xidmətin vaxtını uzatmaq istədiyinizdə, bu, saat hesabı intervallarla həyata keçirilir və buna görə müvafiq olaraq əlavə xidmət haqqı ödəyirsiniz. İstənilən halda, vaxtın uzadılması nəqliyyat vasitəsinin mövcudluğundan asılıdır.

Saatlıq xidməti ən azı neçə saat qabaqcadan sifariş verə bilərəm?
Ən azı 3 saat öncədən.

Saatlıq sifarişdə hər hansı məhdudiyyət varmı?
Hər saat üçün maksimum 40 km müəyyən edilir.

Hansı nəqliyyat vasitələrini təklif edirsiniz?
İxtiyarımızda olan nəqliyyat vasitələrini internet səhifəmizdəki Avtopark hissəsində nəzərdən keçirə bilərsiniz.

Nəqliyyat vasitələrində hansı imkanları təklif edirsiniz?
Premium salon, kondisioner, radio-player, monitor, pulsuz Wi-Fi və qablaşdırılmış içməli su.

Mənə endirim edə bilərsinizmi?
Xeyr. Pərakəndə rezervasyonlar üçün yalnız sabit qiymətləri tətbiq edirik. Bununla yanaşı, əgər şirkət olaraq güzəştli şərtlər ilə əməkdaşlıq etmək istəyirsinizsə, xahiş edirik info@airtransfer.az elektron ünvanına sorğu göndərəsiniz.

Xizək aksesuarları, sörfinq lövhəsi və s. kimi böyük bir baqajım varsa, onlar nəqliyyat vasitələrinizə yerləşdirilə bilərmi?
Xeyr. Xahiş edirik "Qeydlər" bölməsində bu halı mütləq qeyd edəsiniz ki, baqajınızı daşımaq üçün əlavə ödənişli nəqliyyat vasitəsi təşkil edək. Standart olaraq 22 düym (55x25x35 cm) ölçüsündə olan baqaj nəzərdə tutulur. 28 düym (76x48x29 cm) ölçüsündə olan baqajlar 2 ayrı baqaj kimi hesab edilir.

Nəqliyyat vasitəsini özüm idarə edə bilərəmmi?
Xeyr, nəqliyyat xidmətlərini yalnız öz sürücülərimiz vasitəsilə təmin edirik.

Sürücümü necə tapa bilərəm?
Sürücünüz sizi hava limanının Gözləmə zalında ad lövhəsi ilə qarşılayacaqdır. Otel qarşılamaları üçün sürücü, bir qayda olaraq, otelinizin foyesində (lobbidə) gözləyəcəkdir. Ehtiyac yarandıqda, Dispetçer Xidməti ilə +994 55 500 4644 nömrələsi vasitəsilə əlaqə yarada bilərsiniz.

Uçuşum geciksə, necə olacaq?
Hava limanı transferləri üçün pulsuz gözləmə müddəti faktiki enişdən 60 dəqiqə davam edir. Beləliklə, Dispetçer Xidmətimiz sizin hava limanında qarşılanmağınızı gəliş vaxtınıza əsasən planlaşdıracaqdır.

Məlumatlarda səhv etmişəmsə və ya səfər detallarımda hər hansı bir dəyişiklik varsa, sifarişimi necə dəyişə bilərəm?
Bu halda, xahiş edirik mövcud sifarişinizi ləğv edib, yenidən sifariş verəsiniz. Nəzərə alın ki, ləğv etmə ümumi Qaydalar və Şərtlərə uyğun aparılır.

Əgər oteldə və ya mənzildə yubansam, necə olacaq?
Bütün digər məkanlarda (hava limanları istisna olmaqla) pulsuz gözləmə müddəti 15 dəqiqədir.

Rezervasiya zamanı uçuş nömrəsini qeyd etməsəm, hər hansı bir problem ilə üzləşə bilərəmmi?
Sifariş zamanı uçuş nömrəniz göstərilmirsə, uçuşun gəliş vaxtından asılı olmayaraq, sizin üçün cəmi 30 dəqiqə gözləmə müddəti ayrılacaqdır. Beləliklə, uçuş məlumatlarınızı əvvəlcədən qeyd etməyiniz tövsiyyə olunur.

Uşaq oturacağınız varmı?
Bəli. Xahiş edirik sifariş verərkən uşaq oturacağının göstərildiyi müvafiq bölməni işarələyəsiniz. Bu vəziyyətdə uşağınızın yaşından asılı olaraq pulsuz uşaq oturacağı təmin ediləcəkdir.

Əgər yanımda ev heyvanı ilə səfər edirəmsə, bu halda nə etməliyəm?
Ümumi qaydada, minik vasitələrində daşınmasına icazə verilən hər hansı bir heyvanın portativ konteynerdə daşınması üçün öncədən tədbir görməlisiniz.

Sərnişinlər üçün hansı qadağalar mövcuddur?
Nəqliyyat vasitəsində siqaret və ya elektron siqaret çəkmək, spirtli içkilər içmək, narkotik vasitələrdən istifadə etmək, qida qəbul etmək, habelə, nəqliyyat vasitəsini korlamaq və sürücü ilə kobud davranmaq qəti qadağandır. Daşınma zamanı sürücüyə və ya nəqliyyat vasitəsinə sərnişin tərəfindən maddi və ya mənəvi ziyan vurulduğuna görə sərnişindən fakt üzrə kompensasiya tələb etmək hüququmuz vardır. Sərnişin tərəfindən hər hansı yerli qanun və ya davranış qaydaları pozulduğu təqdirdə, sürücü sifariş edilmiş xidməti göstərməkdən imtina etmək hüququna malikdir.

Transfer zamanı sürücüdən əlavə yerdə nəqliyyatı saxlamağı və ya marşrutu dəyişdirməyi xahiş edə bilərəmmi?
Xeyr. Transfer xidməti, bir qayda olaraq, ilkin sifarişə uyğun olaraq yerinə yetirilir. Əlavə dayanacaq və ya istiqamətin dəyişdirilməsi yalnız təxirəsalınmaz hallarda (məs: sərnişinin gözlənilmədən təcili tibbi yardıma ehtiyacı olduqda) təşkil edilə bilər.

Ödəniş və Təsdiq

Ödənişi necə edə bilərəm?
Ödəməni kredit və ya debet kartı ilə edə bilərsiniz.

Ödəniş üçün hansı kartlar qəbul olunur?
VISA və MasterCard.

Ödəmə prosesi necə gedir?
Sifarişinizi tamamlamaq üçün siz xidməti bankımızın ödəniş portalına yönləndiriləcəksiniz.

Ödənişim nə üçün həyata keçmədi?
Hər hansı bir səbəbdən xidmət haqqını ödəyə bilmirsinizsə, bankınızın müştəri xidmətləri ilə əlaqə saxlamalısınız.

Sifarişimin təsdiqləndiyinə necə əmin ola bilərəm?
Elektron poçtla sərnişinə göndərilən qəbz – sifarişin təsdiqi sayılır. Sözügedən qəbzdə sifarişin bütün detalları əks olunur.

Üçüncü tərəf üçün sifariş verə bilərəm?
Bəli, bu mümkündür. Xahiş edirik, sərnişinin mobil nömrəsini və elektron ünvanını düzgün qeyd edəsiniz. Əks təqdirdə, sərnişin sifarişi təsdiq edən nə elektron məktubu, nə də ismarıcını almayacaq.

Ləğv etmə


Sifarişimi necə ləğv edə bilərəm?
Xahiş edirik elektron poçt vasitəsilə gələn təsdiq məktubunda Sifarişi ləğv et düyməsinə tıklayasınız. Nəzərə alın ki, ümumi Qaydalar və Şərtlərə əsasən, göstərilən müddətdən 24 saat əvvəlcə ləğv etmə - pulsuzdur, 24-12 saat arasındakı imtina hallarında 50% cərimə tətbiq olunur və sifarişin başlama vaxtına 12 saatdan az vaxt qalan zaman xidmətdən imtina olunduqda ödəniş geri qaytarılmır.

Müvafiq ləğv etmədən sonra məbləğ necə qaytarılır?
Kartınızın növü və bankınızın şərtlərindən asılı olaraq, məbləğ 30 gün ərzində hesabınıza qaytarılır.

Əlaqə

Sizin ilə necə əlaqə saxlaya bilərəm?
Hər hansı əlavə sualınız olarsa, xahiş edirik info@airtransfer.az elektron ünvanına sorğu göndərəsiniz.